“Araz-Naxçıvan”dan baş məşqçisi ilə yeni müqavilə – Rəsmi

“Araz-Naxçıvan” baş məşqçi Elmar Baxşıyevlə müqavilənin müddətini uzadıb. 

Komanda.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 

Mütəxəssis 2025/2026 mövsümündə də “qırmızı-ağlar”da işləyəcək. Onunla anlaşma 1 illikdir.

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümünü 3-cü pillədə başa vurub və tarixində ilk dəfə UEFA Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button