
“Real” daha bir müdafiəçi transfer edəcək
“Real” müdafiə xəttindəki problemlərin həllinə yönəlik işlərini davam etdirir.
“Kral klubu” artıq “Bornmut”dan mərkəz müdafiəçisi Din Heysenin transferini rəsmiləşdirib. Növbəti hədəf isə sol cinah müdafiəçisinin alınmasıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, gözlənilməz bir hadisə baş verməsə, yaxın günlərdə “Benfika”dan Alvaro Karreras transfer olunacaq.
Bu iki transferlə “Real”ın müdafiə xəttini gücləndirmə planı yekunlaşacaq. Klub rəhbərliyi hesab edir ki, bu mövqelərdə iki yeni futbolçu kifayətdir və diqqəti artıq komandanın digər mövqelərinin möhkəmləndirilməsinə yönəldəcək.
Yalnız David Alaba və ya Eder Militaonun komandadan ayrılması halında planlarda dəyişiklik ola bilər.
“Real” cari mövsümdə La Liqanı 2-ci pillədə başa vurub və lider “Barselona”dan 4 xal geri qalıb.
Bizi Facebook-da izləyin



