
Dadaşovun komandası mövsümü məğlubiyyətlə başa vurdu
Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
Komanda.az xəbər verir ki, onun çıxış etdiyi “Radomyak” mövsümün sonuncu turunda “Motor”u qəbul edib.
Ekstraklasanın 34-cü turu çərçivəsində keçirilən qarşılaşma qonaqların 3:2 hesablı qələbəsiylə yekunlaşıb. Renat bu görüşün 71 dəqiqəsində meydana buraxılıb.
“Radomyak” mövsümü 41 xalla 12-ci sırada başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin