“Sabah”ın sabiq baş məşqçisi Rusiya çempionu oldu

Rusiya Premyer Liqasında 2024/25 mövsümünün qalibi məlum olub.

Komanda.az xəbər verir ki, “Sabah”ın sabiq baş məşqçisi Murad Musayevin rəhbərıik etdiyi “Krasnodar” ölkə çempionu olub. Onlar Premyer Liqanın 30-cu turunda Moskva “Dinamo”sunu məğlub edərək turnir cədvəlində birinci yeri təmin ediblər. 

Bu, klubun tarixində ilk Rusiya çempionluğudur. 

“Krasnodar”ın aktivində 30 oyundan sonra 67 xal var. Murad Musayevin komandası mövsümü ikinci yerdə başa vuran “Zenit”i bir xal qabaqlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button