Neymar oynadı, komandası kubokla vidalaşdı

Braziliyalı hücumçu Neymar uzun fasilədən sonra yenidən meydana qayıtsa da, onun dönüşü uğursuz alınıb.

“Santos” Braziliya kubokunda KRV komandasına penaltilər seriyasında məğlub olaraq turnirdən kənarlaşdırılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Neymar bu oyunda cəmi 30 dəqiqə iştirak edib, ancaq komandasına qələbə qazandırmaqda həlledici rol oynaya bilməyib.

Bununla yanaşı, “Santos”un Braziliya çempionatında da çıxışı məyusedicidir. Komanda mövsümün ilk doqquz turunda cəmi bir qələbə qazanıb və iki heç-heçə edib, altı oyunda isə uduzub.

“Santos” bu mövsüm Braziliya futbolunun elit divizionuna yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button