Hoylundun İtaliyadan 3 “elçi”si var

“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı futbolçu ilə İtaliyanın bir neçə aparıcı klubu maraqlanır.

22 yaşlı forvardı rənglərinə bağlamaq istəyənlər arasında “Napoli”, “Yuventus” və “İnter”in adı çəkilir.

Hoylund İngiltərəyə transfer olunmazdan əvvəl “Atalanta”nın formasını geyinib. Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2028-ci ilin yayına kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button