
“Barselona” onu 20 milyon avroya satmağa razıdır
“Barselona”nın müdafiəçisi Erik Qarsiya yay transfer pəncərəsində komandasını dəyişə bilər.
Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
İspaniyalı futbolçunun karyerasını davam etdirmək üçün bir neçə variantı var. Onunla Almaniyanın “Bayer” (Leverkuzen), İtaliyanın “Komo”, İspaniyanın “Real Sosyedad” və “Jirona” klubları maraqlanır.
“Barselona” 24 yaşlı oyunçunu təxminən 20 milyon avro qarşılığında satmağa hazırdır.
Qarsiya cari İspaniya La Liqası mövsümündə 28 oyuna çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



