“Onunla birlikdə oynamaq böyük şərəf idi” – Robben
Keçən mövsümün sonunda “Bavariya”dan ayrıldıqdan sonra karyerasını bitirən Aryen Robben açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, hollandiyalı keçmiş futbolçu, karyerasını bitirməsindən və Münhen klubunda birlikdə oynadığı Frank Riberidən danışıb:
“Bavariya”dan ayrıldıqdan sonra çox təkliflər gəldi. Əslində, bu, çox xoşuma gəldi. Bir neçə klubla danışıqlar apardım və təklifləri dinlədim. Amma ən sonda karyeramı bitirmək qərarı verdim.
“Bavariya”da oynadığımız müddətdə Riberi ilə çox əyləndik. Bir-birimizə uyğunlaşmaq üçün zamana ehtiyacımız olmadı. İkimiz birlikdə məşq etdikdən sonra “Volfsburq”a iki qol vurmuşduq. Onunla birlikdə oynamaq böyük şərəf idi”.
35 yaşlı sabiq futbolçu, Münhen klubunun “Barselona”dan icarəyə götürdüyü Filippe Koutinyo ilə bağlı da danışıb:
“Koutinyo böyük potensiala sahib futbolçudur, amma yeni ölkəyə və yeni kluba gəldi. Buna görə də, ona müəyyən qədər vaxt verməliyik. Bir neçə həftə sonra “Bavariya” üçün daha çox faydalı olacaq”.
Bizi Facebook-da izləyin