
Azərbaycanın daha bir güləşçisi Rusiyada medal qazandı
Azərbaycanın daha bir sərbəst güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilmiş 5 qat dünya çempionu Əli Əliyevin xatirə turnirində medal qazanıb.
Bu barədə Komanda.az-a Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Milli komandanın üzvü Cəbrayıl Qadjiyev yeni çəkidə debüt edib. 79 kq-da mübarizə aparan idmançı ənənəvi yarışda bürünc medal qazanıb.
Ötən gün Musa Ağayev (65 kq) eyni nəticəyə imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



