“Mançester Siti” Ukrayna millisinin üzvünə göz dikib

Ukrayna millisinin və “Bornmut”un müdafiəçisi İlya Zabarni İngiltərənin başqa klubuna keçə bilər.

Komanda.az “deadlinedaylive”-ə istinadən xəbər verir ki, “Mançester Siti” ukraynalı futbolçunun transferində maraqlıdır.

“Şəhərlilər”in rəhbərliyi yayda Zabarninin transferini rəsmiləşdirməyi planlaşdırır. Potensial müqavilə təxminən 60 milyon avro dəyərində qiymətləndirilir.

22 yaşlı müdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 34 oyun keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button