Modriç maaşının azaldılmasına razıdır

“Real”ın yarımmüdafiəçisi Luka Modriç Madrid klubu ilə iyunun 30-da başa çatacaq müqaviləsini uzatmaq üçün maaşını azaltmağa hazırdır.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, xorvatiyalı futbolçunun gələcəyi yaxın günlərdə klubun prezidenti Florentino Pereslə keçiriləcək görüşdə müəyyənləşəcək. Modriçin məqsədi Klublararası dünya çempionatı başlamazdan əvvəl müqaviləsini tam həll etməkdir.

39 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 55 oyun keçirib, 4 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button