Ançelotti “Real”ın müdafiədəki problemlərinin səbəbini açıqladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın bu mövsüm müdafiədəki zəif çıxışının səbəbini açıqlayıb.

“Kral klubu” dünən “Malyorka” üzərində 2:1 hesablı qələbə qazansa da, yenidən qapısını toxunulmaz saxlaya bilməyib. Oyunda mərkəz müdafiəçisi mövqeyində gənc futbolçular Raul Asensio və Hakobo Ramon çıxış ediblər. Ramon 95-ci dəqiqədə vurduğu qolla komandasına qələbə qazandırıb.

Komanda.az xəbər verir ki, italiyalı çalışdırıcı oyundan sonra keçirilən mətbuat konfrasında bunu deyib:

“Çox qol buraxmışıq, amma bunun əsas səbəbi zədələrdir. Daim dörd-beş müdafiəçimiz çatışmırdı”.

“Real” cari mövsümdə bütün turnirlərdə ümumilikdə 76 qol buraxıb ki, bu da son 21 ilin ən zəif göstəricisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button