“Barselona”nın yeni qapıçı planı

“Barselona” yayda yeni qapıçı transfer etməyi nəzərdən keçirir.

Komanda.az “Diario AS”-a istinadən xəbər verir ki, Kataloniya klubunun əsas hədəfi “Espanyol”un 24 yaşlı qapıçısı Xuan Qarsiyadır. Onunla digər klubların da maraqlandığı bildirilir.

“Barselona”nın yeni qapıçı axtarışları son illərdə Mark-Andre ter Ştegenin qeyri-sabit çıxışı ilə əlaqələndirilir. Daha əvvəl klub daxilində 33 yaşlı almaniyalı qolkiperin performansından narazılıq olduğu barədə xəbərlər yayılmışdı.

Qarsiya cari mövsümdə La Liqada 35 oyunda meydana çıxıb, 47 qol buraxıb və 7 matçda qapısını toxunulmaz saxlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button