
“Ançelotti əla məşqçidir” – Ölkə prezidenti
Braziliya Federativ Respublikasının prezidenti Luiz İnasio Lula da Silva italiyalı mütəxəssis Karlo Ançelottinin milli komandaya baş məşqçi təyin olunmasına münasibət bildirib.
Komanda.az CNN-ə istinadən xəbər verir ki, ölkə rəhbəri Ançelottinin əla məşqçi olduğunu deyib:
“Ançelotti əla məşqçidir. Ümid edirik ki, o, komandamıza kömək edə bilər. Şəxsən mən əcnəbi mütəxəssisin dəvət olunmasına qarşı deyiləm. Eyni zamanda, inanıram ki, ölkəmizdə milli komanda ilə işləyə biləcək kifayət qədər məşqçimiz var”.
Ançelottinin Braziliya millisinin baş məşqçisi təyin olunduğu bu yaxınlarda açıqlanıb. “Real”dan ayrılacaq italiyalı çalışdırıcı mayın son həftəsində milli ilə işə başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



