Fabreqas “Komo”da qalacaq

“Komo”nun baş məşqçisi Sesk Fabreqasın gələcəyi ilə bağlı məlumatlar üzə çıxıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Komo” rəhbərliyi və ispaniyalı mütəxəssis artıq İtaliya çempionatının növbəti mövsümü üçün planlar hazırlayır.

Bu isə o deməkdir ki, 38 yaşlı çalışdırıcı İtaliya klubundakı fəaliyyətini davam etdirəcək. Komandanın ötən il B Seriyasında çıxış etdiyini nəzərə alsaq, cari ildə fantastik mövsüm keçirdiyini söyləmək olar. Fabreqasın komandası İtaliya çempionatında 36 turdan sonra 48 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

“Komo” qalan iki turda səfərdə “Verona” ilə qarşılaşacaq, evdə isə “İnter”i qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button