
Qavi: “Möhtəşəm mövsüm keçiririk”
“Barselona”nın yarımmüdafiəçisi Qavi İspaniya çempionatının 35-ci turunda “Real”a qalib gəldikləri (4:3) oyundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, ispaniyalı futbolçu sosial şəbəkə hesabındakı paylaşımında möhtəşəm mövsüm keçirdiklərini bildirib:
“Həmişə sona qədər sizinləyik! Komandamız üçün əla oyun idi. Möhtəşəm mövsüm keçiririk. İrəli! “Barselona”, əbədi”.
Qavi bu mövsüm La Liqada 23 oyun keçirib, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
İspaniya çempionatının cari mövsümünün bitməsinə üç tur qalmış “Barselona” ikinci yerdə olan “Real”ı 7 xal qabaqlayır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



