Salah mövsümün futbolçusu seçildi

Futbol Yazıçıları Assosiasiyasının (FWA) versiyasına əsasən İngiltərədə 2024/2025 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Komanda.az xəbər verir ki, bu ada “Liverpul”dan Məhəmməd Salah layiq görülüb.

32 yaşlı oyunçu 2017/2018 və 2021/2022 mövsümlərində də eyni mükafatı alıb.

Misirli forvard 2017-ci ildən Mersisayd təmsilçisində çıxış edir. O, bu mövsüm bütün turnirlərdə “Liverpul” forması ilə 49 oyuna çıxıb, 33 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. Komanda Premyer Liqada vaxtından əvvəl çempionluğu təmin edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button