
Həyat yoldaşı Neapola getdi, adı yenidən “Napoli” ilə hallandı
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruynenin “Napoli”yə keçəcəyi ilə bağlı iddialar yenidən gündəmə gəlib.
Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, buna səbəb belçikalı futbolçunun həyat yoldaşının yaxın günlərdə Neapol şəhərinə səfər etməsi olub.
“Napoli” 34 yaşlı oyunçuya iki illik müqavilə təklif etməyi planlaşdırır. De Bruyne cari mövsümün sonunda “Mançester Siti” ilə müqaviləsini başa vuracaq və azad agent statusu qazanacaq.
10 ildir Premyer Liqanın top-klubunda çıxış edən və bu müddət ərzində 6 çempionluq qazanan De Bruyne, Amerika klublarından gələn marağa baxmayaraq, hələlik Avropanı tərk etməyə tələsmir. O, yüksək səviyyədə çıxış edə biləcəyinə əmindir və karyerasını Avropanın aparıcı liqalarından birində davam etdirməyi nəzərdən keçirir.
Bizi Facebook-da izləyin



