
Moyze Kin İngiltərə klubuna keçə bilər
“Fiorentina”nın hücumçusu Moyze Kin İtaliya A Seriyasını tərk edərək İngiltərə Premyer Liqasına keçə bilər.
Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə “Mançester Yunayted” ciddi maraqlanır.
Bundan əvvəl mətbuatda “Barselona”nın da Kinlə maraqlandığı barədə xəbərlər yayılmışdı. O, mövsüm 41 oyunda iştirak edərək, 23 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
İtaliyalı forvardın transfer dəyəri 40 milyon avro qiymətləndirilir. Onun “Fiorentina” ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilin iyununda başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



