
“Çelsi” ondan razıdır
“Çelsi” yarımmüdafiəçi Moyzes Kaysedo ilə müqaviləni yeniləməyi planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubunun rəhbərliyi kolumbiyalı futbolçunun bu mövsümdəki çıxışından məmnundur. Ancaq danışıqlara hələ başlanmayıb, çünki bu məsələ hazırda prioritet sayılmır.
23 yaşlı Kaysedo 2023-cü ildə “Çelsi”yə qoşulub və bu mövsüm bütün turnirlərdə 41 oyunda iştirak edib. O, 1 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2031-ci ilə qədər qüvvədədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



