Premyer Liqa klublarının Şeşko yarışı

“Leyptsiq”in hücumçusu Benjamin Şeşkoya İngiltərə Premyer Liqasının bir neçə klubu ciddi maraq göstərir.

Sloveniya millisinin üzvü ilə “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Yunayted” və “Nyukasl” maraqlanır.

Komanda.az “TBR Football”-a istinadən xəbər verir ki, qarşıdakı yay transfer dönəmində bu klublar Şeşko uğrunda mübarizə aparacaq.

“Transfermarkt” portalı 21 yaşlı futbolçunun dəyərini 65 milyon avro qiymətləndirir. O, cari mövsümdə bütün turnirlərdə 43 oyunda 21 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Leyptsiq”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button