
De Bruyne MLS klubları ilə danışıqlar aparır
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne bu yay klubdan ayrılmağa hazırlaşır. 33 yaşlı futbolçu “şəhərlilər”də keçirdiyi 10 ildən sonra azad agent kimi komandadan ayrılacaq.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu ABŞ-ın MLS liqasında çıxış edən klublarla danışıqlar aparır.
Əsas namizədlərdən biri yeni yaranmış “San Dieqo”dur. De Bruynenin nümayəndəsi artıq klub rəhbərliyi ilə ilkin görüşlər keçirib. Bununla belə, MLS-dəki maaş limiti səbəbindən transferin reallaşması çətin ola bilər.
De Bruyne, eyni zamanda, Səudiyyə Ərəbistanı klublarının təkliflərinə maraq göstərmədiyini bildirib. O, “yetərincə pulum var və oraya getməyə ehtiyac duymuram” deyərək, bu istiqaməti istisna edib.
Avropadan da təkliflər alan belçikalı oyunçunun karyerasını harada davam etdirəcəyi yaxın həftələrdə bəlli olacaq.
Bizi Facebook-da izləyin



