Əsgərov ehtiyatda qaldı, “Liepaya” uduzdu

Futbol üzrə Latviya çempionatında 27-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Ventspils”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Vüqar bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə 8 qol vuran futbolçumuz bu oyunu sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Liepaya” hazırda 28 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button