
ÇL: Həftənin ən yaxşısı adına namizədlər bəlli oldu
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.
Komanda az xəbər verir ki, ən yaxşı adına namizədlər Vitinya (PSJ) və Denzel Dumfrisdir (“İnter”).
PSJ-nin futbolçusu “Arsenal”la görüşdəki çıxışı ilə namizəd olub. Dumfris isə “Barselona” ilə görüşdə (3:3) 2 qol vurub, 1 məhsuldar ötürmə edib.
UEFA-nın saytında keçirilən səsvermədən sonra qalibin adı açıqlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



