Bernardo Silva İspaniya klubuna keçmək istəyir

Portuqaliya millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva cari mövsümün sonunda komandasını dəyişmək istəyir.

Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.

30 yaşlı futbolçu “Barselona”ya transfer olmaq niyyətindədir. Potensial keçidin məbləği 58-60 milyon avro arasında qiymətləndirilir. Bu transferin reallaşması üçün “Barselona”nın öz oyunçularından birini göndərməsi lazım olacaq.

Silva 2017-ci ilin yayından “Mançester Siti”nin oyunçusudur və onun müqaviləsinin müddəti 2026-cı ilin iyununda başa çatacaq.

Portuqaliyalı oyunçu cari mövsümdə İngiltərə Premyer Liqasında 29 oyunda iştirak edib, 3 qol vurub və 4 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button