“Bu mövsüm “Mançester Yunayted” üçün tam bir fəlakətdir”

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Pol Skoulz komandanın cari mövsümdəki çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, Skoulz “TNT Sports”a açıqlamasında “qırmızı şeytanlar”ın Premyer Liqa mövsümünü uğursuz adlandırıb:

“Bu mövsüm “Mançester Yunayted” üçün tam bir fəlakətdir. Komandanın oyununa baxmaq belə, çətindir. Avropa Liqası müəyyən ümid işığı yaradır, amma bu turnirdə qazanılacaq qələbə mövsümün ümumi mənzərəsini xilas edə bilməz. İnsanlar yekun nəticəni İngiltərə çempionatındakı mövqeyə əsasən qiymətləndirəcək”.

“Mançester Yunayted” hazırda Premyer Liqada 34 turdan sonra 39 xal toplayaraq, turnir cədvəlində 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button