
Kurtuaya yeni müqavilə təklif olunacaq
“Real”ın qapıçısı Tibo Kurtua “kral klubu” ilə yeni müqavilə bağlaya bilər.
Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, Madrid klubu belçikalı futbolçunu daha uzun müddət komandada saxlamaq istəyir.
Tərəflər yaxın vaxtlarda əməkdaşlığı 2028-ci ilin ortalarına qədər uzada bilər. Kurtuanın madridlilərlə hazırkı müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq. O, 2018-ci ilin yayından “Real”da çıxış edir.
32 yaşlı qolkiper bu mövsüm madridlilərin heyətində 43 matçda iştirak edib, 48 qol buraxıb və 14 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin