“Öz səhvlərimizdən qollar buraxdıq” – Vaqif Cavadov

“Sumqayıt” Azərbaycan Premyer Liqasının 32-ci turunda doğma meydanda “Neftçi” ilə 2:2 hesablı heç-heçə edib.

Komanda.az xəbər verir ki, “kimyaçılar”ın baş məşqçisi Vaqif Cavadov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Bəlkə də, bu komanda çoxdandır meydana belə qələbə əzmi ilə çıxmamışdı. Hər iki tərəf qalib gəlmək istəyirdi. Bu da meydanda görünürdü. Komandama təşəkkürümü bildirirəm. Futbolçularımdan razıyam. Öz səhvlərimizdən qollar buraxdıq. Amma oyundan, xüsusən də, birinci hissədən çox razıyam. “Neftçi” çox yaxşı rəqibdir, güclü futbolçuları var. Növbəti matça hazırlaşacağıq.

Fərdi səhvlərimiz, “Neftçi”nin adı, oyunçularının ustalıq səviyyəsi futbolçularımda həyəcan yaradırdı. Bu da normaldır. Belə komandaya qarşı bu cür oynadıqlarına görə futbolçularıma alqış düşür.

Məyusam ki, qalib gələ bilmədik. Rəqib “Neftçi”dir, güclü komandaya qarşı oynamışıq. İki səhv bizim üçün kritik oldu. Öz səhvlərimizə görə qol buraxdıq. Üzücü olan budur.

Bəzən haqqımda xoş olmayan ifadələri oxuyanda məyusluq yaşayıram. Bir gənc məşqçi olaraq komandanı çətin vəziyyətdə götürmüşəm. Amma təcrübəli məşqçilərə başqa suallar verilir, başqa şeylər yazılır. Belə olanda məcburam ki, bunu sizə deyim. Əlimdən gələni edirəm. İstəməzdim ki, bu gün komandam xal itirsin. Amma bu, futboldur.

Biz 11 oyun qol vurmamışdıq. Həmin matçlarda Rövlan əsas heyətdə idi. Ondan qabaqkı oyunlarda da start heyətində olub. Bir qol ötürməsi belə, yox idi. Sərtan Taşkının isə oynadığı matçlarda qol ötürmələri var. Bu futbolçunu mən necə oynatmayım? Rövlan da öz şansını gözləməlidir. Onu 10-15 dəqiqə oynatmaqdansa, cavan oyunçuya şans verməyi daha üstün tuturam. Rövlanla heç bir problemimiz yoxdur. Məşqlərdə canla-başla çalışır. Növbəti oyunlarda onu meydanda görə bilərik. Hazırda Sərtan Taşkın həmin mövqedə daha yaxşı çıxış edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button