“Real”ın futbolçusu əməliyyat oluna bilər

“Real”ın müdafiəçisi Antonio Rüdiger yaxın günlərdə əməliyyat qərarı verə bilər.

Almaniyalı futbolçu İspaniya kubokunun finalında “Barselona”ya qarşı oyunda əvəzlənsə də, ehtiyat oyunçular skamyasından qırmızı vərəqə alaraq cəzalandırılıb. Bu davranışına görə onu 4-dən 12 oyunadək diskvalifikasiya gözləyir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, uzun müddət yaşıl meydanlardan uzaq qalacağını nəzərə alan 32 yaşlı oyunçu, çoxdan düşündüyü diz əməliyyatını keçirməyi planlaşdırır. Bu addım ona həm problemli dizini sağaltmaq, həm də növbəti mövsüm üçün forma yığmaq imkanı verəcək.

Rüdiger cari mövsümdə “Real”ın heyətində 49 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button