
De Bruynenin taleyi sual altındadır
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruynenin hansı kluba keçəcəyi hələ məlum deyil.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Komo” belçikalı futbolçu ilə əlaqə saxlamayıb və “Çelsi”nin də onunla bağlı aktiv danışıqlar aparmadığı məlum olub. Yarımmüdafiəçinin bir müddət əvvəl MLS klubu “Çikaqo Fayr”dan aldığı təklifin hələ də nəzərdən keçirildiyi bildirilib.
33 yaşlı futbolçu cari mövsüm başa çatdıqdan sonra azad agent kimi “Mançester Siti”ni tərk edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



