Vensan Kompaniyə daha bir zərbə

Belçikanın “Anderlext” klubunun məşqçilikdən azad etdiyi Vensan Kompani bir həftə ərzində növbəti xoşagəlməz aqibətlə üzləşib.

Komanda.az xəbər verir ki, bu yay İngiltərənin “Mançester Siti” klubundan ayrıldıqdan sonra “Anderlext”də oynayan məşqçi kimi fəaliyyətə başlayan təcrübəli futbolçu, bir neçə gün əvvəl uğursuz nəticələr səbəbindən istefaya göndərilmişdi. Ötən gün isə o, Belçika çempionatının 5-ci turu çərçivəsində “Genk”lə səfər oyununda ağır zədə alıb. Belçika millisinin 33 yaşlı sabiq üzvünün ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Qeyd edək ki, Kompaninin rəhbərliyi altında ilk 4 turda cəmi 2 xal toplayan “Anderlext” dünən yeni baş məşqçisi ilə də “Genk”ə 0:1 uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button