“Oyunlara daha çox uşaq gətirmək lazımdır” – “Quba”nın oyunçusu

“Quba”nın oyunçusu Levan Qoqaladze Azərbaycanda basketbolun inkişaf etdiyini düşünür.

Komanda.az xəbər verir ki, gürcüstanlı legioner bu barədə klubun mətbuat xidmətinə müsahibəsində bildirib. O, bu idman növünü ölkəsindəki ilə müqayisə də edib:

“Fikrimcə, oyunlara daha çox uşaq gətirmək lazımdır. Həmçinin, daha mütəşəkkil baş menecerlər və bu cür bəzi addımlar da liqanın xeyrinə işləyəcək. Ölkələri müqayisə etsək, xarici basketbolçuların səviyyəsi demək olar ki, eynidir. Çünki Azərbaycanda oynamış bir çox oyunçu əvvəllər elə Gürcüstanda da çıxış edib. Bu iki ölkə klubları arasında fərq komandalardakı intizam və yerli oyunçulardadır”.

Qoqaladze yeni mövsümdə hansı komandada çıxış edəcəyi ilə bağlı sualı belə cavablandırıb:

“Biz hələ bunu müzakirə etməmişik. Necə olacağını zaman göstərəcək. Maş məşqçimiz Şəhriyar Əsgərova və kapitanımız Zaur Paşayevə hörmətlə yanaşıram. Onlara hər zaman ən yaxşısını arzulayıram”.

Basketbolçu Azərbaycan Basketbol Liqasının qalan oyunları üçün proqnozunu da açıqlayıb:

“Məncə, “Sabah” yenə qalib gəlmək üçün favoritdir. Baş məşqçi Rimas Kurtinaytis çox yaxşı komanda qurub”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button