
Flikin satılmasını istəmədiyi futbolçu
“Barselona”nın baş məşqçisi Hans-Diter Flikin hücumçu Pau Viktorla bağlı mövqeyi məlum olub.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis Viktora güvənir və onun satılmasını istəmir.
Hələ yanvarda Flik klubun idman direktoru Dekuya ispaniyalı futbolçu ilə bağlı hansısa təklifləri rədd etməyi tapşırıb.
23 yaşlı forvard cari mövsümdə bütün turnirlərdə 24 oyunda meydana çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



