
“Milan” darmadağınla finalda!
İtaliya kubokunda ilk finalçının adına aydınlıq gəlib.
Komanda.az verir ki, bu gün yarımfinalın ilk cavab qarşılaşması keçirilib.
“İnter” əzəli rəqibi “Milan”ı qəbul edib. Bu komandaların ilk oyununda qalib müəyyənləşməmişdi. Cavab görüşündə 3 cavabsız qolla qalib gələn “Milan” finala yüksəlib.
İtaliya kuboku
Yarımfinal, cavab oyunları
23 aprel
İnter – Milan 0:3
Qollar: Yoviç, 36; 49. Reynders, 85.
İlk oyun – 1:1.
24 aprel
23:00. Bolonya – Empoli
İlk oyun – 3:0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



