
AFFA rəsmiləri UEFA-nın tədbirinə qatılıb
AFFA-nın VAR layihəsi üzrə koordinatoru Fəridə Lütfəliyeva və VAR təlimçisi Kristof Dierik Portuqaliyada UEFA-nın tədbirinə qatılıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “UEFA VAR simpoziumu” adlı tədbirdə əsas mövzular VAR-ın kommunikasiya sisteminin gələcəyi, gələcəkdə VAR-ın iş prinsiplərində dəyişikliklər, ilkin yaradılma məqsədi, əldə olunan uğurlar, üzləşilən çətinliklər, inkişaf istiqamətləri, oyun zamanı ardıcıl və şəffaf kommunikasiya qurmaqdan ibarətdir.
“UEFA VAR simpoziumu” tədbirinə aprelin 24-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



