Vardi MLS klubuna keçə bilər

“Lester”in hücumçusu Ceymi Vardi cari mövsümün sonunda yeni kluba keçə bilər.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçunun karyerasını xaricdə davam etdirmək variantları var. Vardinin xidməti MLS klublarını maraqlandırır. O, yaxın vaxtlarda “tülkülər”in rəhbərliyi ilə gələcəyini müzakirə edəcək.

38 yaşlı hücumçu 2012-ci ilin yayından “Lester”də çıxış edir. Tərəflər arasında hazırkı müqavilənin müddəti bu ilin iyununun sonunda başa çatacaq.

Vardi bu mövsüm Premyer Liqada 31 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button