AFFA-dan 2-ci Liqa klubu üçün seminar

AFFA Hakimlər Komitəsi 2-ci Liqada çıxış edən “Şimal” klubunun məşqçi və futbolçu heyəti üçün seminar təşkil edib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komitə üzvü Ceyhun Haşımov kollektivi oyun qaydalarındakı yeniliklərlə tanış edib, həmçinin vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları barədə ətraflı məlumat verib.

Seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button