
AFFA-da maliyyə menecerlərinin iştirakı ilə seminar keçirilib
Bu gün AFFA-nın inzibati binasında Klubların Lisenziyalaşdırılması Departamenti tərəfindən Azərbaycan Premyer Liqasında çıxış edən klubların maliyyə menecerlərinin iştirakı ilə UEFA-nın İT Tool proqramına maliyyə məlumatlarının daxil edilməsinə dair seminar təşkil olunub.
Komanda.az xəbər verir ki, seminarda klubların maliyyə dayanıqlığı, UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə dayanıqlığı üzrə qaydaları müzakirə olunub, eyni zamanda, növbəti lisenziyalaşdırma mövsümündən etibarən maliyyə meyarlarına ediləcək dəyişikliklər haqda seminar iştirakçılarına məlumat verilib.
Seminarın sonunda klub nümayəndələri 2024-cü maliyyə ilinə aid müvafiq məlumatları qeyd olunmuş proqrama daxil ediblər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



