
Lamin Yamal mükafatlandırıldı
“Barselona”nın ispaniyalı vingeri Lamin Yamal “ilin kəşfi” nominasiyasında “Laurens” mükafatına layiq görülüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, mükafatlandırma mərasimi Madriddə baş tutub.
Yamal “Barselona” akademiyasının yetirməsidir. Onun kataloniyalılarla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununun sonunda başa çatacaq.
17 yaşlı vingerin transfer dəyəri 180 milyon avro olaraq qiymətləndirilir. O, İspaniya çempionatının cari mövsümündə “Barsa”nın heyətində 29 oyuna çıxıb, 6 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun komandası La Liqanın 32 turundan sonra turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



