“Tottenhem” “Barselona”nın müdafiəçisini almaq istəyir

“Barselona”nın müdafiəçisi Erik Qarsiya ilə “Tottenhem” maraqlanır.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçunun transferi londonlular üçün prioritet məsələlərdən biridir. Rəhbərlik müdafiəni gücləndirmək üçün təxminən 15 milyon avro xərcləməyə hazırdır.

Qışda “Komo” Qarsiyanı almağa çalışsa da, buna “Barselona”nın baş məşqçisi Hans-Diter Flik mane olmuşdu.

24 yaşlı müdafiəçi bu mövsüm bütün turnirlərdə 36 matçda meydana çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button