Flik qapıçılarla bağlı qərar verib

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik qapıçı Mark-Andre ter Ştegeni riskə atmamaq qərarına gəlib.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, Flik almaniyalı qolkiperin zədəsinin təkrarlanmasının qarşısını almaq üçün cari mövsümün sonuna qədər onu meydana buraxmayacaq. Voyçex Şesnı yaya qədər “Barselona”nın “bir nömrə”si olaraq qalacaq.

“Barselona” bu gün İspaniya La Liqasının 32-ci turu çərçivəsində doğma meydanda “Selta”nı qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button