“Çelsi”də baş məşqçi olsaydım, De Bruyne ilə müqavilə imzalayardım”

İngiltərə millisinin sabiq futbolçusu Co Koul “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyneni “Çelsi”də görmək istəyir.

Komanda.az “Blue-Footy”-ə istinadən xəbər verir ki, ingiltərəli keçmiş oyunçu, De Bruynenin hələ də komandaya öz töhfəsini verə biləcəyini söyləyib:

“Çelsi”də baş məşqçi olsaydım, De Bruyne kimi bir oyunçu ilə müqavilə imzalayardım. O, hələ də komandaya öz töhfəsini verə bilər, çünki qalibiyyət zehniyyətinə malikdir”.

33 yaşlı belçikalı yarımmüdafiəçi 2015-ci ilin avqustundan “Mançester Siti”də çıxış edir. Onun “şəhərlilər”lə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. Tərəflər əməkdaşlığı davam etdirmək istəmirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button