
ÇL: “Turnir başa çatanda 1/4 final oyunlarını heç kim xatırlamayacaq”
“Barselona”nın yarımmüdafiəçisi Qavi komandasının UEFA Çempionlar Liqasının yarımfinalına yüksəlməsindən sonra açıqlama verib.
Dünən Dortmundda “Borussiya” ilə qarşılaşan kataloniyalılar (1:3) məğlub olsalar da, ümumi hesabda qalib gəliblər – 5:3.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu Çempionlar Liqasını qazanmaq üçün çox çalışmaq lazım olduğunu biıdirib:
“Çempionlar Liqasını qazanmaq üçün çox çalışmaq lazımdır. Turnir başa çatanda 1/4 final oyunlarını heç kim xatırlamayacaq”.
“Barselona”nın yarımfinaldakı rəqibi “İnter” – “Bayern” matçının qalibi olacaq. İlk oyunda milanlılar səfərdə qalib gəlib (2:1).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



