Neymar: “Oynamaq istəyirəm”

Neymar nəhayət ki, meydana qayıdıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, zədəsini sağaldıb və “Santos”un növbəti oyununda iştirak edə bilib.

Bu, səfərdə “Fluminense”yə qarşı oyunda baş verib. Neymar ikinci hissənin əvvəlində meydana çıxıb və rəqib azarkeşlər tərəfindən isti qarşılanıb. Ancaq rəqib komandanın oyunçuları haqda bunu demək olmaz. Neymar meydanda keçirdiyi 40 dəqiqə ərzində ona qarşı ən azı altı dəfə kobud oynayıblar.

O, “Santos”un məğlubiyyətdən (0:1) qurtulmasına kömək edə bilməyib və oyundan sonra qısa bir açıqlama verib:

“Oynamaq istəyirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button