
ÇL: Noyer komandasına kömək edə bilməyəcək
“Bayern”in qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının “İnter”lə qarşıdakı oyununda komandasına kömək edə bilməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı qolkiper əzələ lifi qopduqdan sonra fərdi proqram üzrə məşqlərə davam edir. O, çox güman ki, Almaniya çempionatının “Haydenhaym”la növbəti matçını da buraxacaq.
39 yaşlı Noyer cari mövsümdə bütün yarışlarda 33 oyun keçirib, 26 qol buraxıb və 18 matçda qapısını toxunulmaz saxlayıb.
Çempionlar Liqasının 1/4 final mərhələsinin “İnter” – “Bayern” cavab matçı aprelin 16-da keçiriləcək. İlk oyunda milanlılar səfərdə 2:1 hesabı ilə qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin