
“Mançester Siti”nin yay transfer siyahısındakı futbolçu
Leverkuzen “Bayer”inin yarımmüdafiəçisi Ezekiel Palasios karyerasını “Mançester Siti”də davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” argentinalı futbolçunu yaydakı transfer hədəfləri siyahısına əlavə edib.
Sözləşmə “Mançester Siti” üçün asan olmayacaq. Çünki “Bayer” onu yalnız hazırda 26 yaşlı oyunçunun real dəyərini əks etdirən yaxşı təklif alacağı təqdirdə buraxmağa hazırdır.
Palasios bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



