“Barselona” Yamala görə narahat deyil

“Barselona”nın vingeri Lamin Yamal klubu ilə uzunmüddətli müqavilə imzalayacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

“Barselona”nın Yamalın müqaviləsi ilə bağlı narahatlığı yoxdur. İddialara görə, tərəflər arasında onun 18 yaşı tamam olan kimi sözləşmənin müddətinin uzadılacağına dair şifahi razılıq var.

17 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 14 qol vurub və 21 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button