
“Azarkeşlər düşünə bilər ki, Ançelotti artıq “Real”a diqqət ayırmır”
Braziliya millisinin və “Barselona”nın sabiq futbolçusu Rivaldo “Real”ın baş məşqçisi Karlo Ançelottinin gələcəyi ilə bağlı danışıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, braziliyalı keçmiş oyunçu, “Real”ın UEFA Çempionlar Liqasından kənarda qalacağı halda, Ançelottinin işinin sona çatma təhlükəsinin yüksək olduğunu bildirib:
“Belə böyük klublarda nəticələrə çox ciddi yanaşırlar. Azarkeşlər düşünə bilər ki, baş məşqçi artıq “Real”a diqqət ayırmır və başqa iş haqqında düşünür”.
“Real” Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda səfərdə “Arsenal”a 0:3 hesabı ilə uduzub. Cavab oyunu gələn həftə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin