Rivaldo “Barselona”nın keçmiş komandası ilə indikini müqayisə etdi

“Barselona”nın sabiq futbolçusu Rivaldo kataloniyalılara Pep Qvardiolanın rəhbərlik etdiyi 2008-2012-ci illərdəki komandanı indiki ilə müqayisə edib.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, braziliyalı sabiq oyunçu indiki “Barselona”nın Qvardiolanın rəhbərlik etdiyi komandanın səviyyəsinə çatmağına az qaldığını bildirib:

“Onlar eyni səviyyədə deyillərsə də, buna yaxındırlar. Bu səviyyəyə çatmağa az qalıb. Komanda parlaq mövsüm keçirir. Üç kuboku qazanmaq üçün hər şey var. Bu baş verərsə, hamı “Barsa”dan danışacaq”.

“Barselona” 2009-cu ildə Qvardiolanın rəhbərliyi altında trebl qazanmışdı. Komanda həmin il İspaniya çempionatının, Çempionlar Liqasının və ölkə kubokunun qalibi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button