
“Mançester Siti”nin Foden planı
“Mançester Siti”nin yarımmüdafiəçisi Fil Foden klubu ilə yeni müqavilə imzalaya bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçu keçən mövsümdən sonra kəskin enişinə görə tez-tez tənqid olunurdu, ancaq “şəhərlilər” öz yetirməsinə inanır.
“Mançester Siti” Fodenlə sözləşməni uzatmağı planlaşdırıb. O, ciddi maaş artımı alacaq. Artıq ilk müzakirələr aparılıb.
İngiltərəli oyunçu bu mövsüm Pep Qvardiolanın komandasının heyətində 40 oyunda 10 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsinin müddəti 2027-ci ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



